“Əsgərə məktub” layihəsi Türkiyə və Rusiya mediasında - FOTOLAR

“Əsgərə məktub” layihəsi Türkiyə və Rusiya mediasında -   FOTOLAR
  22 Oktyabr 2020    Oxunub:2941
Azərbaycan Silahlı Qüvvələrinin ərazi bütövlüyü uğrunda apardığı mübarizə və ölkəmizin haqq işi beynəlxalq ictimaiyyətin də diqqət mərkəzindədir.
Azvision.az xəbər verir ki, Türkiyənin “Haber Global”, “CNN Türk”, “A Haber”, həmçinin Rusiyanın “Pervıy Kanal”, “NTV”, “Rossiya-1” və “Rossiya-24” telekanalları “ASAN Könüllüləri” Təşkilatının “Əsgərə məktub” layihəsini əks etdirən xüsusi reportajlar hazırlayıb.



Layihə çərçivəsində qəhrəman Vətən övladlarına ünvanlanan mesajlar əks olunub. Həmçinin vətəndaşlarımızın yüksək qələbə əzmində olduqları, tezliklə işğaldan azad olunacaq torpaqlarda Azərbaycan Bayrağının dalğalanacağına əminlik nümayiş olunub.

Reportajlarda Silahlı Qüvvələrə Yardım Fondu üzrə ödənişlərin ASAN ödəniş” sisteminə uğurla inteqrasiya olunduğu da diqqətə çatdırılıb. Bu çərçivədə bütün “ASAN xidmət” mərkəzlərindəki terminallar vasitəsi ilə Silahlı Qüvvələr üçün vətəndaşlar tərəfindən ödənişlərin mümkünlüyü qeyd olunub.











Azvision.az


Teqlər: Əsgərə-məktub   Layihə   Türkiyə   Kanal  





Xəbər lenti