Gəncə terroru Rusiya mətbuatında: “Vandalizmə son qoymağın vaxtı çatıb”

  22 Oktyabr 2020    Oxunub : 3439
Gəncə terroru Rusiya mətbuatında:  “Vandalizmə son qoymağın vaxtı çatıb”
Bu gün ermənilər Rusiya imperiyası dövründə Yelizavetpol adlandırılan Gəncə şəhərində müdafiəsiz insanları öldürür.

Azvision.az xəbər verir ki, bu barədə Rusiyanın “Km.ru” saytında dərc olunmuş "Dağlıq Qarabağda münaqişə: bu, rusların vəziyyətinə necə təsir edir" başlıqlı məqalədə deyilir.
Məqalədə Gəncə sakini Marinanın dinc insanları güllələyən cinayətkarlara müraciəti də yer alıb: “Mən rusam. Artıq susa bilmərəm. Bu vandalizmə son qoymağın vaxtı çatıb. Başa düşürsünüz, bunlar insan deyil, bunlar əsl barbardır. Gecə yatan insanları raketlərlə necə vurmaq olar... Mən başa düşürəm ki, bu, yalnız Azərbaycan xalqının yox, həm də burada yaşayan rusların və azərbaycanlıların məhvi məqsədilə edilir. Burada gürcülər və tatarlar da yaşayırlar. Bu soyqırıma son qoymağın vaxtı gəldi. Evdə 75 yaşında, ürəyi xəstə olan yaşlı anam və bir övladım var. Gecə yatmırıq".



Gəncədəki Aleksandr Nevski kilsəsinin rahibi, keşiş Varfolomey Sotnikov bəyan edib: “Dinc əhaliyə qarşı yalnız terrorçular mübarizə aparır... Bu, ilk növbədə, Azərbaycanın mülki əhalisinə qarşı hərbi cinayətdir. Ermənistan təcavüzkardır. Müharibə əsgərlər arasında aparılmalıdır. Terrorçular da mülki insanlarla müharibə edir. Və qədim Gəncə şəhərinin Ermənistan tərəfdən atəşə tutulması bunu göstərdi. Uşaqlar, qadınlar və yaşlılar zərər çəkdi. Mülki əhali heç bir şeydə günahkar deyil. Bugünkü duamız torpaqlarımızda, işğal altında olan ərazilərimizdə sülhün bərqərar olmasına həsr edildi. Bu, erməni təcavüzkarları sakitcə torpaqlarımızı tərk etsinlər. Milliyyətcə rusam, amma burada doğulub böyümüşəm, Gəncə mənim doğma şəhərimdir. Ermənistanın hücumundan əziyyət çəkən yalnız dinc insanlar deyil, dini binalar, xüsusən də xristian məbədimiz də zərər gördü".

Diqqət edin, hücum cəbhə xəttində olmayan bir şəhərdə həyata keçirilir. Sual yaranır ki, Ermənistan Bakını cavab hücumuna təhrik etmək, bununla da Rusiyanı müharibəyə cəlb etmək, KTMT mexanizmindən istifadə üçün qəsdən Azərbaycanın dinc şəhərlərinə zərbələr endirmirmi?

Bu yaxınlarda milliyyətcə rus olan bir şəhid - 1989-cu il təvəllüdlü Denis Aleksandroviç Pronin dəfn edildi. Denis haqsızlıqla barışa bilmədiyi üçün könüllü olaraq cəbhəyə yazılmışdı.



Bu, bir daha sübut edir ki, Azərbaycan və Ermənistan arasındakı müharibə dinlərarası və millətlərarası xarakter daşımır, çünki erməni tərəfi indi bütün dünyaya münaqişəni belə təqdim etməyə çalışır. Bu, Azərbaycan xalqının 1990-cı illərin əvvəllərində ələ keçirilmiş torpaqların azad edilməsi uğrunda apardığı mübarizədir ki, bu da BMT-nin Qarabağın statusu və beynəlxalq aləmin qərarları ilə təsdiqlənir.

Ermənistanın qanunsuz hərəkətlərini Sovet və amerikalı fizik, Rusiya Elmlər Akademiyasının həqiqi üzvü (SSRİ Elmlər Akademiyasının 1968-ci ildən bəri akademiki) Roald Saqdeev tərəfindən qınanıb:

“Gəncənin mülki əhalisinə qarşı erməni hərbçiləri tərəfindən Skud raketlərinin istifadəsi II Dünya Müharibəsinin son ilində London, Paris və bir sıra digər şəhərlərin faşistlər tərəfindən V-2 raketləri ilə barbarcasına atəşə tutulmasını xatırlatdı. Bütün bu mesajlar yalnız bir şeyi söyləyir ki, ortaq düşmənlərimiz tərəfindən səpilən nifrət, düşmənçilik, milli və dini dözümsüzlük toxumu bu günə qədər öz bəhrəsini verməkdədir".

Eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycanda multikulturalizm dövlət siyasətidir" deyir. Belə bir siyasət sayəsində xalqların və dini konfessiyaların dostluq və mehriban qonşuluq şəraitində fəaliyyəti və birgəyaşayışı təmin edilir. Bu prinsip uzun illərdir dəstəklənir. Bu arada, baş nazir Nikol Paşinyan da daxil olmaqla, Ermənistan hakimiyyət orqanlarının siyasəti təkcə rus məktəblərinin deyil, eyni zamanda Rusiya telekanallarının da qadağan olunmasına gətirib çıxarır.

2016-cı ildə Serj Sarkisyanın hakimiyyəti dövründə də İrəvanın mərkəzi meydanında nasist ortağı Qaregin Njdeyə abidə ucaldıldı. Rusiyada onun abidəsini yıxmaq çağırışı ilə petisya, məqalələr yayıldı. Ancaq Ermənistan bunu öz daxili işi adlandırdı. Rusiyada, əvvəllər Armavirdə quraşdırılmış Njdenin xatirə lövhəsi, səlahiyyətlilərin qərarı ilə söküldü.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: DenisAleksandroviçPronin