Artur Rasizadə Təhsil Nazirliyi ilə bağlı qərar verdi

Artur Rasizadə Təhsil Nazirliyi ilə bağlı qərar verdi
  03 Fevral 2014    Oxunub:1044
Baş nazir Təhsil Nazirliyinin təsərrüfat hesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin yaradılması barədə qərar verib.
Bu barədə AzVision.az-a Nazirlər Kabinetindən məlumat verilib. Qərara əsasən, həmçinin NK-in 2011-ci il 15 iyul tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edib.

Dəyişikliyə əsasən Təhsil Nazirliyinin təsərrüfat hesablı Əsaslı Tikinti İdarəsinin bazasında Təhsil Nazirliyinin təsərrüfat hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi yaradılıb.

Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısının “Təsərrüfat hesablı təşkilatlar” bölməsində “Əsaslı Tikinti İdarəsi” sözləri “Əsaslı Tikinti və Təchizat İdarəsi” sözləri ilə əvəz edilib.

AzVİsion.az


Teqlər:  





Xəbər lenti