Ermənilər Qəbələdə 17 yaşlı gənci yaraladı - FOTOLAR
Raket zərbələri nəticəsində Qəbələ rayon sakini 2003-cü il təvəllüdlü Əmirbəyov Murad Ceyhun oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb, kənd ərazisində yerləşən 5 yaşayış evinə ciddi ziyan dəyib.
Həmçinin, düşmən silahlı qüvvələri Abşeron yarımadasını içməli su ilə təchiz edən və ölkəmiz üçün xüsusi strateji əhəmiyytə malik Oğuz-Qəbələ-Bakı su kəmərini hədəfə alaraq raket atmış, lakin Ordumuzun hava hücumundan müdafiə qüvvələrinin zərərsizləşdirilməsi nəticəsində raketin hissələri su kəmərinin yaxınlığına düşüb.
Bununla bağlı prokurorluq əməkdaşları tərəfindən hadisə yerlərində zəruri istintaq tədbirləri və prosessual hərəkətlər həyata keçirilir.
Azvision.az
Teqlər: Baş-Prokurorluq Ermənistan