Bakıdakı intihar cəhdi ilə bağlı rəsmi açıqlama

Bakıdakı intihar cəhdi ilə bağlı rəsmi açıqlama
  03 Fevral 2014    Oxunub:932
Fövqəladə Hallar Nazirliyi Bakının Nizami rayon sakininin intihara cəhd etməsi haqda rəsmi məlumat yayıb.
Nazirlikdən verilən məlumata görə, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonunda bir nəfərin yaşadığı mənzilin pəncərəsindən intihara cəhd etməsi barədə xəbər məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb edilib. Xilasedicilər zərərçəkmişlə müvafiq söhbətlər aparıb və əlverişli şəraitdən istifadə edərək, təhlükəsizlik qaydalarına riayət etməklə mənzilin giriş qapısını açaraq içəri daxil olub və intihara cəhdin qarşısını almağa müvəffəq olublar.

Əməliyyat saat 12:29-da başa çatıb.


Teqlər:  





Xəbər lenti