Ermənistanda gündəlik yoluxma rekord sayda artdı

 Ermənistanda gündəlik yoluxma rekord sayda artdı
  22 Oktyabr 2020    Oxunub:2492
Ermənistanda son sutka ərzində 2306 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Azvision.az xəbər verir ki, ölkədə COVID-19 virusuna yoluxanların ümumi sayı 70 836 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə daha 10 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 1131-ə yüksəlib.

Hazırda 19 591 aktiv koronavirus xəstəsi var.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Koronavirus  





Xəbər lenti