Düşmən Qəbələ, Siyəzən və Kürdəmirə raketlər atdı - YENİLƏNİB

 Düşmən Qəbələ, Siyəzən və Kürdəmirə raketlər atdı -  YENİLƏNİB
  22 Oktyabr 2020    Oxunub:7499
Oktyabrın 22-də səhər saatlarında Ermənistan ərazisindən Azərbaycan ərazisi əməliyyat-taktiki raket kompleksindən ballistik raketlərlə atəşə tutulub.
Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, düşmən tərəfindən saat 07.00 radələrində Siyəzən rayonu istiqamətində 3 raket, saat 09.00 radələrində isə Qəbələ rayonu istiqamətində 2 raket və Kürdəmir rayonu istiqamətində 1 raket buraxılıb.

Ermənistan silahlı qüvvələrinin hədəfi dinc əhali və mülki infrastruktur olub. Düşmənin raket hücumu nəticəsində tələfat yoxdur.

Azvision.az


Teqlər: Düşmən   Raket  





Xəbər lenti