MN: Düşmən Ordumuzun üstünlüyünü etiraf edir

    MN:  Düşmən Ordumuzun üstünlüyünü etiraf edir
  21 Oktyabr 2020    Oxunub:2935
Düşmən artıq Azərbaycan Ordusunun üstünlüyünü etiraf etmək məcburiyyətində qalıb.
Azvision.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.

"Ermənistan etiraf edir ki, Azərbaycan Ordusu döyüş meydanında qat-qat üstündür. Düşmənin bu etiraflarını Azərbaycanın Ali Baş Komandanı daha əvvəl demişdi. Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu yüksək texnologiya və müasir texnikalarla təchiz olunub, əsgər və zabitlər müasir taktika və təlimlərə yiyələniblər", - deyə MN rəsmisi vurğulayıb.

Azvision.az



Teqlər: Müdafiə-Nazirliyi   Ordu  





Xəbər lenti