“Ordumuz Arazboyu irəliləyir, düşmən qaçır” - Hərbi ekspert
"Füzulinin işğaldan azad olunması reallaşdısa, ardınca Cəbrayıl və sonra Ordumuz hədəfləmişdi ki, Zəngilanı işğaldan azad etsin. Ötən gün Müdafiə Nazirliyi Qubadlı ilə bağlı fikir səsləndirdi ki, Azərbaycan Ordusu düşmənin Qubadlı ərazisində olan mövqelərinə cavab zərbələri endirib. Düşünürəm ki, komandanlığın qərarı çox mükəmməldir".
Ekspert qeyd edib ki, Ordumuz Arazboyu irəliləyir, ərazilərimiz işğalçılardan təmizlənir, düşmən qaçır:
"Düşmən sarsıdıcı zərbələr alıb. Ən böyük zərbəni Füzuli istiqamətində aldılar. Füzulidən sonra onların bütün ümidləri puç oldu. Çünki onlar bu istiqamətdə çox böyük müdafiə mövqeləri, istehkamlar yaratmışdılar. Sentyabrın 27-dən başlayaraq düşmən üçün uğursuzluq davam edir. Bunun məntiqi nəticəsi odur ki, Zəngilanı da işğaldan azad etdik. Ötən gün dövlət başçısı bildirdi ki, başqa xoş xəbərlər də gözlənilir. Düşünürəm ki, yaxın vaxtlarda Ali Baş Komandan o xoş xəbərləri bizə çatdıracaq".
Anar Kəlbiyev
Azvision.az