Tarix fənni qəbul imtahlarından çıxarıldı

Tarix fənni qəbul imtahlarından çıxarıldı
  03 Fevral 2014    Oxunub:1428
“Bu il kolleclərə qəbul imtahanlarında abituriyenlər ancaq ana dili və riyaziyyat fənlərindən imtahan verəcəklər. Tarix fənni isə builki imtahanlardan çıxarılıb”.
Bunu AzVision.az-a açıqlamasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə deyib. Onun sözlərinə görə, bu il buraxılış imtahanları ilə kolleclərə qəbul imtahanı birləşdirilib: “Buraxılış imtahanı həmin şagirdlər arasından kolleclərə qəbul olmaq istəyənlər üçün qəbul imtahanı rolunu oynayacaq”.

E.Nağızadə bildirib ki, əvvəlki illərin məzunları da qəbul imtahanında ancaq iki fəndən imtahan verəcək.

TQDK rəsmisinin sözlərinə görə, dəyişiklik ancaq bu il üçün nəzərdə tutulub: “Çünki gələn il buraxılış imtahanlarında fənlərin sayının artırılması nəzərdə tutulur”.

Elnur Nağızadə onu da əlavə edib ki, hələlik imtahan suallarının sayı dəqiqləşməyib və hazırda bunun üzərində iş gedir.

Qeyd edək ki, ötən illərdə keçirilən qəbul imtahanlarında abituriyentlər ana dili, Azərbaycan tarixi və riyaziyyat fənlərindən test imtahanı verirdilər. İmtahanda abituriyentlərə hər fəndən 15, bütövlükdə 45 sual təqdim olunur.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti