Kolleclərə qəbul qaydaları dəyişdi

Kolleclərə qəbul qaydaları dəyişdi
  03 Fevral 2014    Oxunub:1071
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasi (TQDK) ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul imtahanlarında dəyişikliklər edib.
TQDK-dan AzVision.az-a verilən məlumata görə, dəyişiklik ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) yerləşdirmənin ümumi (9 illik) təhsil bazası üzrə buraxılış imtahanlarının nəticələri əsasında aparılmasıdır. Yəni bu imtahan 9-cu sinfi bu il bitirən şagirdlərə şəhadətnamələrin verilməsi üçün əsas olmaqla yanaşı, həm də həmin şagirdlər arasından kolleclərə qəbul olmaq istəyənlər üçün qəbul imtahanı rolunu oynayacaq. Onlar imtahanı 2 fəndən - ana dili və riyaziyyatdan verəcəklər. Beləliklə, 2014-cü ildə 9 illik təhsil bazası üzrə kolleclərə həmin ilin məzunları üçün ayrıca qəbul imtahanı keçirilməyəcək.

Orta ixtisas təhsili müəssisələrinə 9 illik təhsil bazasında ayrıca imtahan yalnız əvvəlki illərin məzunları üçün həyata keçiriləcək. Bu imtahanda da abituriyentlərin ana dili və riyaziyyat fənləri üzrə bilikləri yoxlanacaq. Həmin imtahanın iyunun sonunda keçirilməsi nəzərdə tutulur.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti