Qəbul imtahanlarının vaxtı dəyişdi

Qəbul imtahanlarının vaxtı dəyişdi
  03 Fevral 2014    Oxunub:1239
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2014-cü ilin qəbul imtahanlarının keçirilmə vaxtlarında müəyyən dəyişikliklər edib.

TQDK-dan AzVision.az-a verilən məlumata görə, əvvəlki illərin məzunları üçün qəbul imtahanları may ayında keçiriləcək.

Komissiyadan bildiriblər ki, bu ilin məzunları (yəni tam orta məktəbi 2014-cü ildə bitirənlər) isə qəbul imtahanlarını əvvəlki illərdə olduğu kimi, iyul ayında verəcəklər. Ali təhsil müəssisələrini 2014-cü ildə bitirib ikinci ali təhsil almaq istəyən məzunlar, həmçinin orta ixtisas təhsil müəssisələrini bu il bitirib ali təhsil almaq istəyən məzunlar qəbul imtahanlarını iyul ayında verəcəklər.

Həm əvvəlki illərin, həm də bu ilin məzunları üçün ixtisas seçimi və müsabiqə eyni vaxtda – ali təhsil müəssisələrinə bütün qəbul imtahanları başa çatdıqdan sonra keçiriləcək.

Sevinc İltifatqızı



Teqlər:  





Xəbər lenti