Transplantasiya haqqında qanun layihəsi qəbul edildi

  20 Oktyabr 2020    Oxunub : 1983
Transplantasiya haqqında qanun layihəsi qəbul edildi
Azərbaycanda transplantasiya obyekti olan orqan və toxumaların siyahısı müəyyənləşib.
Azvision.az xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən plenar iclasında “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsində qeyd olunub.

Qanun layihəsinə əsasən, canlı donordan transplantasiya məqsədilə yalnız böyrəyin biri, ağciyərin bir payı, qaraciyərin bir hissəsi, mədəaltı vəzi, mədə, bağırsaqlar, uşaqlıq, yuxarı və aşağı ətraflar, sümüklər, dəri-fassiya-əzələ kompleksi və onların seqmentləri, sümük iliyi, gözün buynuz qişası, kök hüceyrələr və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən digər orqan və toxumalar götürülə bilər.

Həçminin, layihədə Azərbaycan Respublikasında ksenotransplantasiya (elmi-tədqiqat işləri istisna olmaqla) qadağan edilir.

Layihədə o da qeyd olunur ki, transplantasiya tibbi göstəriş əsasında cərrahiyyə əməliyyatı qaydalarına riayət etməklə aparılacaq. Transplantasiyanın qaydaları və şərtləri, onun həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəsisələrinin siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.

Qanun layihəsi səsə qoyularaq III oxunuşda qəbul edilib.

Azvision.az

Teqlər: Qanun   Transplantasiya