İsmayıllıda bir gündə iki zəlzələ oldu

İsmayıllıda bir gündə iki zəlzələ oldu
  03 Fevral 2014    Oxunub:831
Azərbaycanın İsmayıllı rayonunda daha bir zəlzələ baş verib.

AzVision.az Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən xəbər verir ki, ilkin məlumatlara əsasən, yerli vaxtla saat 14:43:44 -də Pirquludan 15 km qərbdə İsmayıllı ərazisində zəlzələ qeydə alınıb.

Zəlzələ episentrdə 4 bal, yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

Tikililərdə dağıntı yoxdur.

Xatırladaq ki, bu gün səhər saatlarında da İsmayıllı rayonunda 4 bal gücündə zəlzələ olub.


Teqlər:





Xəbər lenti