Semyon Peqov Qarabağdan qaçdı

   Semyon Peqov Qarabağdan qaçdı
  20 Oktyabr 2020    Oxunub:5183
Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində təxribatçı fəaliyyətlə məşğul olan jurnalist, "Wargonzo" kanalının rəhbəri Semyon Peqov təcili ölkəsinə qayıdıb.

Azvision.az -ın məlumatına görə, bu barədə S.Peqov özü bildirib.
Qarabağdan qaçan ermənipərəst Peqov hazırda Rusiyanın Xabarovsk şəhərindədir.

Qeyd edək ki, Azərbaycan Baş Prokurorluğu tərəfindən 1985-ci il təvəllüdlü Rusiya Federasiyasının vətəndaşı Semyon Vladimiroviç Peqov barəsində Cinayət Məcəlləsinin 214-2 (terrorçuluğa açıq çağırışlar), 281.1 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanılıb.

Azvision.az


Teqlər: Wargonzo   Peqov  





Xəbər lenti