“Düşmənin xain əməlləri cəzasız qalmayacaq” - Sahibə Qafarova

 “Düşmənin xain əməlləri cəzasız qalmayacaq” -  Sahibə Qafarova
  20 Oktyabr 2020    Oxunub:2124
Ermənistan Azərbaycan xalqına qarşı müharibə cinayətləri törədərək cəbhə zonasından uzaqda yerləşən əraziləri və mülki əhalini atəşə tutur.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında spiker Sahibə Qafarova deyib.

Spiker bildirib ki, düşmənin bu xain əməlləri cəzasız qalmayacaq: “Terrorçu Ermənistan cəbhə zonasından kənarda Azərbaycanın günahsız insanlarını, uşaqları qətlə yetirir. Düşmən bilməlidir ki, bu xain əməllərin heç biri cəzasız qalmır və qalmayacaq. Azərbaycan Ordusu hər gün bizə qələbə sevinci yaşadır. Müzəffər Ordumuz başladığı işi sona çatdıracaq”.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Spiker   MM   Sahibə-Qafarova  





Xəbər lenti