“Qarabağda üçrəngli Azərbaycan bayrağı qaldırılacaq” - Şentop

 “Qarabağda üçrəngli Azərbaycan bayrağı qaldırılacaq” -  Şentop
  20 Oktyabr 2020    Oxunub:2209
Beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycan xalqına, mülki vətəndaşlara qarşı törətdiyi terrora göz yumur.
Azvision.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zaman deyib.

TBMM sədri bildirib ki, bəzi dövlətlər, beynəlxalq təşkilatlar haqq işində Azərbaycana qarşı haqsız hücumlara başlayıb.

M.Şentop qeyd edib ki, Türkiyə beynəlxalq arenada Azərbaycana haqsız hücumlara qarşı mübarizə aparacaq və Azərbaycanın bu haqlı davasında daim qardaş ölkənin yanında olacaq:

“İnanırıq ki, müzəffər Azərbaycan Ordusu bütün işğal edilmiş torpaqları azad edəcək, Qarabağda üçrəngli Azərbaycan bayrağı qaldırılacaq. Qarabağ Azərbaycandır!”.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: TBMM   Sədr   Mustafa-Şentop  





Xəbər lenti