Düşmən 100 mindən çox fermerə ziyan vurub

 Düşmən 100 mindən çox fermerə ziyan vurub
  20 Oktyabr 2020    Oxunub:2667
Sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki vətəndaşları və evlər ağır artileriya atəşinə tutulur. Ermənistanın təcavüzü aqrar sektordan da yan keçməyib.
Azvision.az xəbər verir ki, bunu Kənd Təsərrüfatı naziri İnam Kərimov deyib. Onun sözlərinə görə, düşmən təxribatı 100 mindən çox fermerə ziyan vurub.

“Çox sayda heyvanlar tələf olub, fermerlərin yem ehtiyatı yandırılıb. 10 minlərlə hektar sahədə biçin məhdudlaşdırılıb, suvarma sistemləri dağıdılıb. Bununla əlaqədar Kənd Təsərrüfatı Nazirliyi beyəlxalq tərəfdaşlara müraciət ünvanlayıb və Ermənistanın işğalçılıq siyasətini qınamağa çağırıb”.

Aytən Zəhra
Azvision.az



Teqlər: İnam-Kərimov   Fermer  





Xəbər lenti