“Azərbaycan daim Türkiyəni yanında hiss edib” - Spiker
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntopun iştirakı ilə keçirilən iclasda S.Qafarova bildirib ki, Azərbaycan daim Türkiyəni öz yanında hiss edib.
Spiker qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı təxribatları nəticəsində Ordumuzun əks-hücum əməliyyatları zamanı dünya Azərbaycanla Türkiyə arasında qardaşlığın bir daha şahidi oldu.
"Türkiyə bəyan etdi ki, Azərbaycanın bu haqq işində ölkəmizin yanındadır. Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntopun bu gün burada olması iki ölkə arasında qardaşlığın daha bir nümunəsidir".
Anar Kəlbiyev
Azvision.az
Teqlər: Spiker Sahibə-Qafarova