Pakistan XİN-dən Azərbaycana növbəti dəstək
Nazir Ceyhun Bayramov Ermənistan silahlı qüvvələri tərəfindən azərbaycanlı mülki şəxsləri və yaşayış məntəqələrinin atəşə tutulması daxil olmaqla, humanitar atəşkəsin pozulması barədə pakistanlı həmkarına məlumat verdi. Nazir ciddi mülki tələfatına səbəb olan Gəncə şəhərinə raket hücumunun müharibə cinayəti və insanlıq əleyhinə cinayət olduğunu və bu cinayətlərə görə Ermənistan rəhbərliyinin tam məsuliyyət daşıdığını vurğulayıb
Nazir qardaş ölkə olan Pakistanın Azərbaycanın ədalətli mövqeyinə qəti dəstək ifadə etdiyini üçün yüksək minnətdarlığını ifadə etdi.
Nazir Mahdum Şah Mahmud Qureşi Pakistan xalqının hər zaman qardaş Azərbaycan xalqının yanında olduğunu və onun özünü müdafiə hüququnu dəstəklədiyini vurğuladı. O, Pakistanın münaqişənin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində Azərbaycanın ərazi bütövlüyü əsasında və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq həll olunmasının tərəfdarı olduğunu vurğuladı. Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran məsələləri müzakirə etdilər.
Azvision.az