Müsavat Hacıbala Abutalıbova müraciət edəcək

Müsavat Hacıbala Abutalıbova müraciət edəcək
  03 Fevral 2014    Oxunub:974
Müsavat Partiyası qurultay keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edəcək.
Bu barədə AzVision.az-a açıqlamasında Müsavat başqanının müşavini Mehman Cavadoğlu məlumat verib. Partiya rəsmisinin sözlərinə görə, müraciət yaxın günlərdə meriyaya təqdim olunacaq:

“Bu günlərdə başımız Rəsulzadənin yubileyinə qarışmışdı, artıq bu, arxada qaldı. Yaxın vaxtlarda qurultaya yer ayrılması üçün yenidən Bakı şəhər İcra Hakimiyyətinə müraciət ediləcək. Müsavat Partiyasının qurultayının yubanmağı bir məsələ ilə bağlıdır ki, bu da bizı münasib yer verilməməsidir”.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti