Ceyhun Bayramov Pompeo ilə görüşəcək

Ceyhun Bayramov Pompeo ilə görüşəcək
  20 Oktyabr 2020    Oxunub:3556
ABŞ Dövlət katibi Mayk Pompeo oktyabrın 23-də Azərbaycan və Ermənistanın Xarici İşlər nazirləri Ceyhun Bayramov və Zöhrab Mnatsakanyanla görüşəcək.

Azvision.az xəbər verir ki, bu barədə “Politico” nəşri yazıb.
Qeyd edilib ki, görüşün Vaşinqtonda keçirilməsi planlaşdırılır. Pompeo nazirlərlə təkbətək görüşəcək. Üçtərəfli görüş barədə hələ məlumat yoxdur. Pompeo əvvəlcə Bayramovla, daha sonra Mnatsakanyanla görüş keçirəcək.

Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov Vaşinqtonda Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında görüşün baş tutacağını istisna etməyib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ABŞ   Azərbaycan  





Xəbər lenti