Milli Məclisin iş planı təsdiq edildi

Milli Məclisin iş planı təsdiq edildi
  03 Fevral 2014    Oxunub:1002
Milli Məclis yaz sessiyasının qanunvericilik iş planını müzakirə edərək qəbul edib.
AzVision.az-ın xəbərinə görə, iş planı haqqında məlumat verən spiker Oqtay Əsədov bildirib ki, yaz sessiyasının gündəliyinə 12 məsələ daxil edilib.

Onun sözlərinə görə, yaz sessiyası müddətində parlamentarilər "Rəqabət Məcəlləsi"ni, "Reklam haqqında", "Dəniz limanları", "Hərbi qulluqçuların statusu" haqqında, "Silahlı qüvvələr və başqa silahlı birləşmələr" haqqında, "Elm" haqqında qanun layihələrini müzakirə edəcəklər.

Spiker onu da əlavə edib ki, deputatlar eyni zamanda "Kənd təsərrüfatı kooperasiyası haqqında", "Yaşıllıqların mühafizəsi haqqında", "Akkreditasiya haqqında" qanun layihələrini, eləcə də bir sıra qanunlara əlavə və dəyişikliklər, təşəbbüs qaydasına daxil olan qanun layihələrini müzakirə edəcək.

Müzakirələrdə çıxış edən deputatlar da yaz sessiyasında bir sıra qanunların müzakirəsinin vacibliyini qeyd ediblər.


Teqlər:  





Xəbər lenti