“Haqq-ədalət Azərbaycanın tərəfindədir” - Valeri Kolyux

 “Haqq-ədalət Azərbaycanın tərəfindədir” -    Valeri Kolyux
  20 Oktyabr 2020    Oxunub:2734
Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır.
Azvision.az xəbər verir ki, bunu Ukrayna Ali Radasının deputatı, Ukrayna-Azərbaycan parlamentlərarası dostluq qrupunun həmsədri Valeri Kolyux deyib. Onun sözlərinə görə, bütün dünya ölkələri, beynəlxalq təşkilatlar işğal altındakı torpaqları Azərbaycanın ərazisi kimi tanıyır.

Ukraynalı deputat bildirib ki, haqq-ədalət Azərbaycanın tərəfindədir, münaqişənin həlli beynəlxalq hüquq çərçivəsindən kənara çıxmamalıdır.

O, həmçinin Ukraynanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və bu siyasəti davam etdirəcəyini vurğulayıb.

Azvision.az


Teqlər: ValeriKolyux  





Xəbər lenti