Çikaqoda Azərbaycan bayrağı ucaldıldı

Çikaqoda Azərbaycan bayrağı ucaldıldı
  20 Oktyabr 2020    Oxunub:2151
Oktyabrın 18-də Azərbaycanın Müstəqillik Günü münasibətilə ABŞ-da İllinoys ştatının Çikaqo şəhərinin meriyası qarşısında dövlət himnimizin sədaları altında üçrəngli bayrağımız ucaldılıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən Azvision.az -a bildirilib ki, Amerikanın Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzi (Azerbaijani Center of Midwest America - ACMA) tərəfindən təşkil olunan tədbirdə təxminən 50-yə yaxın soydaşımız iştirak edib. Bununla da dünya azərbaycanlılarının həmrəyliyi əks etdirilib, Amerika ictimaiyyətinin diqqəti işğalçı Ermənistan ordusunun Gəncə şəhərində törətdiyi terror aktlarına, mülki şəxslərin, xüsusilə azyaşlıların öldürülməsinə cəlb olunub.

Azvision.az


Teqlər: ABŞ   Çikaqo  





Xəbər lenti