“ASAN xidmət” BMT-nin ekspert qrupunun iclasında təmsil olunub
Ekspert qrupunun sessiyasında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müşaviri Azər Bayramov iştirak edib və ölkəmizdə rəqəmsal iqtisadiyyatın və elektron ticarətin inkişafı ilə bağlı çıxış edib. Çıxışda Azərbaycanın Avrasiya regionunda rəqəmsal, logistika və ticarət mərkəzinə çevrilməsi istiqamətində həyata keçirilən layihələr barədə ətraflı məlumat verilib.
Eyni zamanda 27 sentyabr tarixindən başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının mövqelərini və yaşayış məntəqələrini atəşə tutaraq Azərbaycana qarşı növbəti təcavüzə başlaması, Azərbaycanın sıx məskunlaşmış yaşayış yerlərinin və mülki şəxslərinin məqsədyönlü atəşə tutulduğu diqqətə çatdırılıb. Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməməsi barədə iclas iştirakçılarına məlumat verilib.
Azvision.az
Teqlər: ASAN-xidmət BMT