"Azərbaycanın işğal edilmiş torpaqları azad olunmalıdır" - Ayətullah Məkarim Şirazi

 "Azərbaycanın işğal edilmiş torpaqları azad olunmalıdır" -    Ayətullah Məkarim Şirazi
  19 Oktyabr 2020    Oxunub:2671
İranın nüfuzlu din xadimi, Xubreqan Məclisinin üzvü (Parlamentin yuxarı palatası) Ayətullah Məkarim Şirazi Ermənistan, Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair bəyanatla çıxış edib.
Azvision.az xəbər verir ki, din xadimi bəyanatında Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasını zəruri hesab edib. O qeyd edib ki, son vaxtlar Dağlıq Qarabağda döyüşlərin davam etməsi İslam aləmini narahat edir.

“Dağlıq Qarabağın güc yolu ilə işğalından sonra bölgədə yenə qan tökülür, insanlar ölür. Münaqişənin həlli üçün həyata keçirilən vasitəçilik missiyası və danışıqlar Azərbaycanın işğal edilmiş torpaqlarının azad olunması ilə nəticələnməlidir”.

M.Şirazi “Qurani-Kərim”dən misal gətirərək bildirib ki, Azərbaycan hökuməti müqəddəs kitabda yazıldığı kimi, “təmiz olmayanlara etibar etməməlidir....”.

Ayətullah bildirib ki, dünya xristianları öz dinlərinin böyük mənəvi dəyərlərinə əsaslanaraq Ermənistan hökumətinə öhdəliyini yerinə yetirməyi, Azərbaycanın torpaqlarını azad etməyi tövsiyə etməlidirlər.

Azvision.az


Teqlər: İran   Azərbaycan  





Xəbər lenti