“Yaşayış yerlərinə zərbələr endirmək yolverilməzdir” - Lavrov

  19 Oktyabr 2020    Oxunub : 2155
“Yaşayış yerlərinə zərbələr endirmək yolverilməzdir” -  Lavrov
Mülki yaşayış məntəqlərinə zərbələrin endirilməsi dayandırılmalıdır.
Azvision.az xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Avropa Şurasının baş katibi Mariya Pesçinoviç Buriç ilə birgə mətbuat konfransında deyib.

O bildirib ki, Moskva razılşamasına baxmayaraq, sivil yaşayış yerlərinə zərbələr endirilməsi davam edib, bu, yolverilməzdir.

Onun sözlərinə görə, indi ən vacib olanı tərəflər və və cavabdeh beynəlxalq oyunçular tərəfindən qarşıdurma ritorikasının dərhal dayandırmasıdır. Bu, çox səy tələb etmir.

"Paralel olaraq, hərbi əməliyyatlar, mülki obyektlərə zərbələrin endirilməsi dayandırılmalıdır.
Bütün bunlar həmsədr ölkələrin dövlət başçılarının birgə bəyanatında, Moskvada Xarici İşlər nazirlərinin razılaşdırdığı sənəddə və oktyabrın 18-də razılaşdırılan sənəddə təsdiqini tapıb. Moskvadakı görüşdən sonra bizim ümidlərimiz doğrulmadı, döyüş əməliyyatları davam etdi, mülki infrastruktura, yaşayış yerlərinə zərbələr davam etdi. Bu, qəbuledilməzdir".

Lavrov Qarabağda atəşkəsə nəzarət mexanizmi üzərində aktiv iş aparıldığını və tezliklə nəticəyə ümid etdiyini söyləyib.

Qeyd edək ki, oktyabrın 16-dan 17-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsini raket atəşinə tutması nəticəsində 13 nəfər həlak olub, 52 nəfər yaralanıb.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: SergeyLavrov