Bakıda həyəcan: qadın özünü öldürmək istəyir

Bakıda həyəcan: qadın özünü öldürmək istəyir
  03 Fevral 2014    Oxunub:899
Bakıda daha bir nəfər intihara cəhd edib.
AzVision.az xəbər verir ki, bu barədə sabiq deputat Nazim Məmmədov Facebook-da yazıb. O, bildirib ki, Neftçilər metrosunun yanı, Rüstəmov küçəsi ilə Balakişiyevin kəsişməsində yerləşən klinikanın binasında bir xanım özünü 5-ci mərtəbədən atmaq istəyir:

“Neftçilərdə klinikamızın qonşuluğunda bir yaşlı xanım 5-ci mərtəbədən özünü atmaq istəyir, FHN, Polis və s. hələ danışıqları hələ nəticə vermir”.

***
AzVision.az-ın məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları qadını xilas ediblər. Onlar xüsusi alət və avadanlıqların köməyi ilə mənzilə giriş qapısından daxil olaraq qadını xilas ediblər.

AzVision.az


Teqlər:  





Xəbər lenti