28 il əvvəl əsir düşmüş hərbçi tapılıb? - RƏSMİ

  18 Oktyabr 2020    Oxunub : 19513
 28 il əvvəl əsir düşmüş hərbçi tapılıb? -  RƏSMİ
"Sosial şəbəkələrdə Azərbaycan Ordusu tərəfindən Füzuli şəhərinin işğaldan azad edilməsi zamanı 1992-ci ildə əsir götürülmüş Azərbaycan hərbçisinin şəhər binalarından birinin zirzəmisində zəncirlə bağlanmış vəziyyətdə tapılması barədə yayılmış məlumatlar həqiqətəuyğun deyil".
Azvision.az xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından bildirilib.

Dövlət Komissiyası vətəndaşlardan bu cür həssas məsələlərlə bağlı diqqətli olmağı, yalnız aidiyyəti dövlət qurumlarının rəsmi məlumatlarına istinad olunmasını və dəqiqləşdirilməmiş informasiyanı yaymamağı xahiş edir.

Azvision.az

Teqlər: Komissiya