Tiflis-Bakı qatarı 1 saat yolda qaldı

 Tiflis-Bakı qatarı 1 saat yolda qaldı
  01 Fevral 2014    Oxunub:1276
Hava şəraiti ilə bağlı Tiflis-Bakı qatarında gecikmə olub.
Bunu AzVision.az-a açıqlamasında Azərbaycan Dəmir Yolları QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib.

Onun sözlərinə görə, qatarın gecikməsinə Gürcüstanda yağan güclü qar səbəb olub. Bildirib ki, Tiflis-Bakı qatarı Azərbaycana bir saat gec çatıb.

O, həmçinin Bakı-Böyük Kəsik sərnişin qatarının gecikməsilə bağlı iddialara aydınlıq gətirib. Qeyd edib ki, adı çəkilən reys üzrə qatar vaxtında mənzilbaşına çatıb.

Mətbuat katibi qeyd edib ki, sərnişinlərin sayında da ötən gün artım olub: “Dünən sərnişinlərin sayı əvvəlki günlərlə müqayisədə çox idi. Buna görə də ölkədaxili qatarlara 14 vaqon əlavə edilib. Əgər bu gün də sərnişinlərin sayı çox olarsa, vaqon əlavə ediləcək. Yollar şaxtalı olduğundan qatarla getmək istəyənlərin sayı artıb”.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti