Aydın Əliyev Xırdalanda vətəndaşları qəbul edib

Aydın Əliyev Xırdalanda vətəndaşları qəbul edib
  01 Fevral 2014    Oxunub:1158
Dövlət Gömrük Komitəsinin sədri Xırdalan şəhərində vətəndaşları qəbul edib.
İlham Əliyevin müvafiq göstəriş və tövsiyələrinə, vətəndaşların yerlərdə qəbulu üzrə təsdiq edilən cədvələ uyğun olaraq yanvarın 31-də Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Xırdalan şəhərində vətəndaşları qəbul edib.

AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, Abşeron rayonunun Xırdalan şəhəri üzrə icra nümayəndəliyində keçirilən qəbulda Abşeron, Xızı və Qobustan rayonlarından olan vətəndaşlar iştirak ediblər.

Vətəndaşların rahatlığının təmin edilməsi məqsədilə DGK sədrinin qəbuluna qeydiyyat əvvəlcədən aparılıb.

Komitəyə tabeli qurumlarının rəhbərlərinin də iştirak etdikləri qəbulda vətəndaşların müxtəlif xarakterli müraciətlərinə baxılmış, sakinlərin gömrük prosesinin təkmilləşdirilməsi istiqamətində müraciətləri, onların şikayət və tövsiyələri dinlənilib.

Müraciətlərin bir qismi elə yerindəcə həllini tapmış, komitənin səlahiyyətlərinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.


Teqlər:





Xəbər lenti