Elçibəyin müavini şeyxin müdafiəsinə qalxdı

Elçibəyin müavini şeyxin müdafiəsinə qalxdı
  31 Yanvar 2014    Oxunub:1108
Xətayi rayonunun sabiq icra başçısı, “Borçalı” Cəmiyyətinin sədri, vaxtilə mərhum Əbülfəz Elçibəyin müavini olmuş Zəlimxan Məmmədli son günlər yerli mətbuatda Qafqaz Müsəlmanları İdarəsinin sədri hacı Allahşükür Paşazadə ilə bağlı yayılan məlumatlardan narazılıq edib.

AzVision.az-ın məlumatına görə, Z.Məmmədli şeyxə qarşı aparılan kampaniyanın durdurulmasını tələb edib:

“Son günlər mətbuatda Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Şeyxülislam Allahşükür Paşazadənin əleyhinə başlanmış kompramat savaşını yanlış, milli dövlətçiliyimizi sarsıtmağa hesablanmış proses kimi dəyərləndirirəm. Bu qurumun zaman-zaman siyasi alət rolunda çıxışı, Qafqazda, xüsusilə Gürcüstanda buraxdığı boşluqlar və s. məsələlərdə ittiham etməkdə haqqımız var. Dini qurumun və liderin nüfuzunu zəiflətməyə hesablanmış bu kampaniyanı durdurmalıyıq. Məncə KİV bu məsələyə çox həssas yanaşmalıdır?!”.

AzVision.az


Teqlər:  





Xəbər lenti