Erməni xəstəliyinin dərmanı: Azərbaycan Ordusu

  06 Oktyabr 2020    Oxunub : 19242
   Erməni xəstəliyinin dərmanı:    Azərbaycan Ordusu
Qalib Əsədov

Müasir təbabətdə belə bir diaqnoz var: Əslində elmi adı "Neyropatiya olmayan ailəvi periodik amiloidoz" olsa da, həkimlər arasında "Erməni xəstəliyi" adı ilə tanınır. Məlum olub ki, 16-ci xromosomun qısa qolunda, MEFV genində mutasiya olduqda belə bir hal yaranır.
Düzdür, 6% hallarda digər millətlərdən olan insanlarda rast gəlinsə də, bu xəstəlik əsasən ermənilərdə yaranır. Əlamətləri tropik qızdırmanı xatırladan, ümumi zəiflik, qarın və baş ağrıları olan bu xəstəliyi uzun illər araşdıran amerikalı gen mühəndisi doktor Deniel Kasterin fikrincə, bir neçə min il bundan qabaq Afrikanın şimalında, daha dəqiq desək, indiki İraqın və Efiopiyanın ərazilərində analoji genin daşıyıcıları olub, bu xəstəlik də elə onların arasında yayılıb. Beləliklə, ermənilərin Şimali Afrika kökənli olduqları sübut olunur.

Amma düşünürəm, mutasiya təkçə bu gendə baş verməyib. Çünki ermənilərə xas olan İfrat millətçilik, başqa xalqlara, xüsusən turklərə düşmən münasibət, nasizmdən də qat-qat güclü şovinizm bu milləti bədbəxt edib. Təsəvvür edin, indiki Ermənistan dövlətinin 4 qonşusundan üçünə qarşı ərazi iddiaları var. Başqa heç bir millətdə belə xəstə təfəkkürə rast gəlmək mümkün deyil.

Ermənilər özlərini dünyada ən ali irq, ən qədim və böyük mədəniyyətə sahib olduqlarına o qədər inandırıblar ki, bu da son nəticədə onların bütün xalqları özlərinə düşmən hesab etmələrinə və “ermənilik” adlı qeyri-adi bir xüsusiyyətin yaranmasına gətirib çıxarıb.

Ermənilik mövqeyində dayanan bu qatı millətçilər hesab edirlər ki, onlar guya dünyada ən sivilizasiyalı millətdir, qonşuluqda yaşayan türklər, ərəblər, farslar, gürcülər və başqaları vəhşi köçərilərdir, onlar guya erməniləri həmişə təqib ediblər və bu gün də məhv etməyə hazırdırlar. Buna görə də ermənilər guya məcburdurlar ki, bütün düşmənləri, ilk növbədə isə türkləri məhv etsinlər. Yalnız bundan sonra torpaqları “azad olar” - “dənizdən-dənizə Böyük Ermənistan” dövləti qurula bilər.

Ermənilərin özlərinin qədimlikləri haqqında uydurduqları saysız-hesabsız əfsanələr var. Bunlardan bir neçəsini qeyd etmək istəyirəm.

Məsələn, guya ümumdünya sel basqını zamanı Nuh peyğəmbərin gəmisi Araratın zirvəsinə çıxır və Nuh peyğəmbər quru sahəsini görərək, “Yerevanç!” (O, göründü!) – deyə qışqırır. Beləliklə, güya Nuh peyğəmbər erməni olub və İrəvan şəhərinin əsasını qoyub. XIX əsrin sonundakı erməni mənbələrinə görə, İrəvan seldən sonrakı ilk yaşayış məntəqəsidir. Nuh peyğəmbər “Yerevanç” deməklə özünün erməni olduğunu büruzə verib. Ermənilər bu yolla özlərinə tarix və mədəniyyət qurdular, bunu sonradan “Qədim, böyük Ermənistan”ın tarixi kimi qələmə verirlər.

İndiki Ermənistan Respublikasının gerbinin tam mərkəzində bu yalançı tarixdən qaynaqlanaraq, Ararat dağı və üzərində Nuh peyğəmbərin gəmisi təsvir olunub. Bunları erməni xalqı özünün simvolu sayır.
28 illik işğala son - Laçın azad olundu

Erməni ideoloqlarından biri olan, yazıçı Silva Kaputikyan öz kitabında yazır: “Kolumbun Santa-Mariya gəmisində bizim həmyerlimiz Martirost olub və erməni dili də o dillərdən biri idi ki, sahilə düşən dəniz səyahətçiləri yerli əhali ilə tərcüməçi Tores vasitəsilə məhz bu dildə bir-birilə danışmağa çalışıblar”.

Maraqlı budur ki, bütün dünyanın güldüyü belə sərsəm fikirlərə kifayət qədər ciddi hesab olunan erməni alimləri inanir, kitablarında qeyd edirlər.

Bu gün bütün dünya həm fiziki, həm də psixoloji cəhətdən on illər boyu hazırlıq görən erməni terrorizmilə üz-üzədir. Lakin Ermənistan dövlətinin dəstəklədiyi terror təşkilatlarının saysız terror aktlarını törətmələrinə baxmayaraq, nə böyük dövlətlər, nə də BMT başda olmaqla, digər beynəlxalq təşkilatlar buna lazımi münasibəti bildirmirlər. Lakın onlar bilməlidirlər ki, artıq Ermənistan dövlətində və erməni xalqında kök atmış, tibbi cəhətdən sübut olunmuş “erməni xəstəliyi”nin təzahürü olan terror aktları həm də beynəlxalq təhlükəsizliyə təhdiddir. Həmin terror aktlarının məsuliyyətini isə yalnız terrorçular deyil, həm də buna bilə-bilə göz yumanlar daşıyır. Ona görə də, bütün beynəlxalq ictimaiyyət qondarma “erməni soyqırımı” nı qəbul etməyə çalışmaq əvəzinə , “terrorçunun milliyyəti, dini olmur” anlayışından çıxış edərək, erməni terrorizminə qarşı mübarizədə Azərbaycana və Türkiyəyə birmənalı şəkildə dəstək verməlidir!!!

Təsəvvür edin, ermənilər bu xəstə təfəkkür tərzinə malik olmasaydılar, indi necə xoşbəxt yaşayırdılar. Qarabağda Sovet dövründə birinci katib həmişə erməni olurdu və erməni dili orada maneəsiz işlədilirdi. Bakıda və Azərbaycanın digər bölgələrdə rahat yaşayırdılar. Bizim torpaqlara göz dikməsəydilər, müharibəyə baslamasaydılar, hazırda neft kəməri oradan keçirdi, beynəlxalq layihələrdə iştirak edirdilər. Erməni xəstə təfəkkür tərzi, erməni faşizmi ilk növbədə Ermənistan üçün faciə yaradır, eyni zamanda, qonşu dövlətlərdə də problem yaradır.

Düşünürəm, Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə bu xəstəliyi müalicə edə biləcək və nəhayət, ermənilər saqlam məntiqin, düşüncənin, idrakın səsinə qulaq aşacaqlar.

Xəstəlik müalicə olunmadıqda isə.... Faciə başlayır

Qalib Əsədov
Həkim-nevroloq

Teqlər: Qarabağ   Erməni-xəstəliyi