QMİ-dən sünni məscidləri ilə bağlı AÇIQLAMA

QMİ-dən sünni məscidləri ilə bağlı AÇIQLAMA
  31 Yanvar 2014    Oxunub:1758
Qafqaz Müsəlmanları İdarəsi Aşurbəy və Müşviqabad qəsəbə məscidində fəaliyyət göstərən icmalara QMİ tərəfindən nəzarətin təşkil edilməməsi ilə bağlı mətbuatda gedən xəbərlərə münasibət bildirib.
İdarənin mətbuat xidmətindən AzVision.az-a daxil olan məlumatda bilinir ki, həmin məscidlər QMİ-nin təşkilati strukturuna daxil deyil: “Son günlər İçərişəhərdəki Aşurbəy məscidində və Müşviqabad qəsəbə məscidində fəaliyyət göstərən icmalara Qafqaz Müsəlmanları İdarəsi tərəfindən müvafiq nəzarətin təşkil edilməməsi və ora din xadimlərinin təyin edilməməsi ilə bağlı kütləvi informasiya vasitələrində müxtəlif fikirlərə rast gəlinir. Bununla bağlı QMİ bildirir ki, adı çəkilən məscidlər İdarənin təşkilati tabeçiliyində deyildir. Belə ki, həmin məscidlərdəki dini icmalar, onlara dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçməmişlər və adı çəkilən məscidlərə QMİ tərəfindən din xadimlərinin təyinatı da həyata keçirilməyib.

Əlavə edək ki, Müşviqabad məscidinə toplaşmış bir qrup şəxsin qeyri-qanuni əməlləri nəticəsində orada vaxtilə mövcud olmuş dini icma özünü buraxmağa məcbur olub. Deyilən səbəblərə görə, Aşurbəy və Müşfiqabad məscidləri QMİ-nin təşkilati strukturuna daxil deyildir və buna görə də həmin məscidlərə tərəfimizdən heç bir din xadimi təyin edilməyib. Odur ki, özunu həmin məscidlərin imam, axundu kimi təqdim edənləri QMİ tanımır”.


Teqlər:  





Xəbər lenti