“Sevinirəm ki, şəhid oldun”- azərbaycanlı mücahidin sevgilisi

“Sevinirəm ki, şəhid oldun”- azərbaycanlı mücahidin sevgilisi
  31 Yanvar 2014    Oxunub:5573
Suriyada döyüşən daha bir azərbaycanlı mücahid öldürülüb.
AzVision.az xəbər verir ki, öldürülən azərbaycanlı Əbu Saleh Azəridir. Silahdaşları onu “Yapon Samir” adlandırırlar.

Əbu Ayşə Ömər adlı xanım sosial şəbəkələrdə yazaraq Əbu Saleh Azərinin sevgilisi olduğunu bildirib. Ayşə adlı xanım sevgilisinin şəhid olduğuna sevindiyini qeyd edib.

“Həyatımda iki şeyi unutmadım, bir hər eytiyacım olanda sığındığım Allahım, birdə zor zamanımda məni tək qoymayan sən. O qədər silinməyən iz qoydun ki, səni unutmaq mümkün deyil. Sən getmədin ki. getsəydin unudardıq. Sən sadəcə olaraq şəhid oldun, şəhidlər də heç vaxt ölmürlər. Unutmağa cəsarətim yoxdur ki, unudum. Sadəcə iz qoyub getdin, o izləri də hər gün görən mənəm. O mənim üçün ölməyib, mənim içində sadəcə ölməz biri kimi qalacaq insAllah. O mənim igidimdi, şəhidimdi. Mən çox sevinirəm ki, sevgilim şəhid olub, amma çox darıxıram onun üçün.”-deyə xanım qeyd edib.



Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti