“Bakıda bütün yolları təmizləyirik” - “Azəryolservis”

 “Bakıda bütün yolları təmizləyirik”  - “Azəryolservis”
  31 Yanvar 2014    Oxunub:822
“Dünən gecə saatlarından başlayaraq Bakıda yolların təmizlənməsinə başlanıb, hazırda da davam etdirilir. Mən özüm də işçilərlərlə bir yerdəyəm, bağlı yolumuz yoxdur”.
Bunu AzVision.az-a açıqlamasında "Azəryolservis" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib.

Hazırda iş başında olduğunu deyən mətbuat katibi vurğulayıb ki, hava şəraiti pis olsa da bütün texnikalar işə salınıb və yollar təmizlənib:

“"Azəryolservis"in balansında olan yollarda təmizlik işi aparılıb. Nəqliyyatın hərəkətində problem yoxdur”.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti