FHN qarlı hava 5 nəfəri ölümdən qutardı

FHN qarlı hava 5 nəfəri ölümdən qutardı
  31 Yanvar 2014    Oxunub:1190
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt-Novxanı yolunda hava şəraiti ilə əlaqədar minik avtomobilində 3 nəfər köməksiz vəziyyətdə qalıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə avtomobilin qapılarını açaraq zərərçəkmişlərin xilas olunmasını təmin edərək, aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 05:46-da başa çatıb.

Bakı şəhəri, Xətai rayonunda Təcili Tibbi Yardım stansiyasınının xüsusi nəqliyyat vasitəsi hava şəraiti ilə əlaqədar köməksiz vəziyyətdə qalıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər xüsusi texnika vasitəsilə təhlükəsizlik qaydalarına riayət etməklə avtomobili təhlükəsiz əraziyə çıxararaq, xidmətin fəaliyyətinin bərpa edilməsi üçün şərait yaradıblar. Əməliyyat saat 03:31-də başa çatıb.

Qazax rayonu, Əzizbəyli kəndində (rayon mərkəzindən 10 km aralı) vətəndaşa məxsus “BMW” markalı minik avtomobili idarəetməni itirərək körpünün üstündən dərəyə aşıb. Dərhal hadisə yerinə FHN-in yanğınsöndürən-xilasediciləri cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, avtomobil ağır deformasiyaya uğrayıb, sürücü və avtomobildə olan şəxsiyyəti məlum olmayan 3 nəfərdən biri ağır bədən xəsarətləri alaraq həlak olub, digər 2 nəfər isə müxtəlif dərəcəli xəsarət alıblar.Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət edərək xüsusi alət və avadanlıqlar vasitəsilə xəsarət alan şəxsləri və həlak olanların cəsədlərini deformasiyaya uğramış avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 22:13-də başa çatıb.

AzVision.az


Teqlər:





Xəbər lenti