DYP rəsmisi: `Bundan sonra heç kimə hörmət edilməyəcək`
Onun sözlərinə görə, qanun hamı üçün eynidir: “Sadəcə, hörmət əlaməti olaraq, DYP əməkdaşları bizim bir çox incəsənət və digər tanınmış dövlət xadimlərini yol hərəkəti qanunlarını pozduğu halda onları cəriməsiz, xəbərdarlıqla buraxıblar. Lakin bundan kimsə istifadə edib və bu mövzunu gündəmə gətirirsə, onlar bundan sonra bərk cəzalanacaqlar. Nə edək ki, bizim xanım sürücülərə hörmətimiz var. Bu hadisəni nəzərə alıb daha da ciddi tədbirlər görəcəyik. İndi görək bu hadisədən sonra, Rəqsanə və digər tanınmışların özləri və balaları necə can qurtaracaqlar. Mənim qızım keçiddən istifadə etməyib cərimələnərkən, nə atasının adını verib nə də bir şey. Hətta cəriməni qızım öz pulu ilə ödəyib. Bundan sonra heç kimə hörmət edilməyəcək”.