Kolumbiya Senatı Ermənistanın təcavüzünü pislədi

 Kolumbiya Senatı Ermənistanın təcavüzünü pislədi
  01 Oktyabr 2020    Oxunub:2926
Kolumbiya Senatının Xarici Əlaqələr daimi Komissiyası bu gün qəbul etdiyi bəyanatda 27 sentyabr tarixindən etibarən Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı törətdiyi və mülki əhali arasında itkilərə səbəb olan hücumları və təcavüzü pisləyib, eləcə də ölkəmizin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq qaydada tanınmış sərhədlərinin toxunulmazlığına dəstəyini bir daha ifadə edib.
Azərbaycanın Meksikadakı Səfirliyindən Azvision.az -a verilən məlumata görə, sənəddə Kolumbiya Senatının adıçıkilən komissiyası tərəfindən təcavüzkar siyasətə son qoyulmasına, münaqişənin beynəlxalq hüquq, beynəlxalq humanitar hüquq çərçivəsində və BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 822, 853, 874, 884 saylı qətnamələrinin tətbiqi ilə həllinə çağırış edilir.

Bəyanatda beynəlxalq təşkilatlar Azərbaycan ərazisində yaşanan münaqişəyə münasibətdə daha ehtiyatlı davranmağa, ədalətli və qərəzsiz mövqedən çıxış etməyə çağrılır.

Sonda dost ölkə olaraq Kolumbiyanın Azərbaycan hökuməti və xalqına həyatını itirmiş şəhidlərə görə başsağlığı verdiyi bildirilir.



Azvision.az


Teqlər: Kolumbiya   Senat  





Xəbər lenti