Ziya Məmmədov özünə yeni müşavir təyin etdi

Ziya Məmmədov özünə yeni müşavir təyin etdi
  30 Yanvar 2014    Oxunub:1466
Bu gün Nəqliyyat Nazirliyində Nəqliyyat naziri Ziya Məmmədovun sədrliyi ilə müşavirə keçirilib.

Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, nazirliyin şöbə müdirləri və Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əməkdaşlarının iştirakı ilə keçirilən tədbirdə bəzi kadr dəyişiklikləri nəzərə çatdırılıb.

Xidmətin rəisi Çingiz Baxışev tutduğu vəzifədən azad edilərək Nəqliyyat nazirinin müşaviri təyin edilib. DANX-nin rəisi vəzifəsinə isə Nazirliyin Beynəlxalq Əlaqələr Şöbəsinin müdir müavini Hüseyn Salamov təyin edilib.

Müşavirədə, həmçinin, sərnişin və yük daşınmaları sahəsində mövcud vəziyyət müzakirə edilib. Nazir Z. Məmmədov bu sahəyə ciddi nəzarət edilməsi, daşıyıcılara xəbərdarlıq edilməsi barədə tapşırıqlar verib.

Ziya Məmmədov lisenziyasız fəaliyyət göstərənlərə qarşı tədbirlərin görülməsi, avtobus və taksi parkının yenilənməsi, müfəttişlərin qanunsuz əməllərinin qarşısının alınması, ehtiyat sürücü bazasının yaradılması, elektron ödəmələrin tətbiqi, avtobusların qrafiklərə uyğun hərəkətinin təmin edilməsi, sərnişinlərin təhlükəsizliyi və digər məsələlərlə bağlı mövcud olan nöqsanların aradan qaldırılması və bu istiqamətdə yeni standartların tətbiqi ilə bağlı ciddi göstərişlər verib.

Mirvari Nəcəf

Qalereya




Teqlər:  





Xəbər lenti