Ermənilərin əhaliyə vurduğu ziyanlar barədə yeni məlumat
"Mənfur əməllərini davam etdirən Ermənistan silahlı qüvvələrinin bu gün atdığı mərmi nəticəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində yerləşən “OBA” marketdə yanğın baş verib. Əraziyə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələrinin operativ müdaxiləsi sayəsində marketin bir hissəsi yanğından mühafizə olunub.
Ağcabədi rayonu, Qaradolaq kəndində təsərrüfat sahəsi qismən yanıb, yanğının daha geniş əraziyə yayılmasının qarşısı alınıb. Ağcabədi rayonunun Arazbar kəndində təsərrüfat obyektinə mərmi düşməsi nəticəsində obyektin bir hissəsi yanıb, qalan hissə yanğından mühafizə olunub", - nazirlikdən bildirilib.
Azvision.az
Teqlər: FHN