Almaniya Qarabağa görə Rusiya və Türkiyəyə çağırış etdi

 Almaniya Qarabağa görə Rusiya və Türkiyəyə çağırış etdi
  30 Sentyabr 2020    Oxunub:3154
Almaniya, Rusiya və Türkiyəni Qafqazdakı xüsusi təsirlərindən Ermənistan və Azərbaycan arasındakı münaqişənin uzunmüddətli həlli üçün istifadə etməyə çağırıb.
Azvision.az xəbər verir ki, bu barədə Almaniyanın Xarici İşlər Nazirliyinin dövlət naziri Mixael Rot deyib.

"Dağlıq Qarabağdakı dramatik eskalasiya göstərir ki, dondurulmuş münaqişələrin həll edilməsinə ehtiyac var, əks halda münaqişə daim alovlanacaq. Biz Ermənistan və Azərbaycanla, eləcə də bölgədəki tərəfdaşlarla sıx təmasdayıq.

Bölgədə xüsusi nüfuza sahib olan Rusiya və Türkiyə kimi ölkələr qalıcı bir həll üçün xüsusi məsuliyyətlərini ciddiyə almalıdırlar. Biz ilk növbədə Minsk Qrupuna diqqət ayırırıq "dedi.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: DağlıqQarabağ  





Xəbər lenti