Tbilisindən Bakı və İrəvana görüş təklifi

 Tbilisindən Bakı və İrəvana görüş təklifi
  30 Sentyabr 2020    Oxunub:2580
Gürcüstan Tbilisidə Ermənistan və Azərbaycan nümayəndələrinin görüşünü keçirməyə və istənilən formatda dialoqun qurulmasına kömək etməyə hazırdır.
Azvision.az xəbər verir ki, bu barədə Gürcüstanın Baş Naziri Giorgi Qaxariyanın rəsmi Facebook səhifəsində yayımladığı açıqlamada deyilir.

Baş Nazir qeyd edib ki, Ermənistanla Azərbaycan arasında növbəti hərbi qarşıdurma nəticəsində çətin bir vəziyyət yaranıb, çox sayda qurban var və təəssüf ki, döyüş əməliyyatlarını dayandırmaq və dialoqu bərpa etmək mümkün deyil.

Qaxariya bildirib ki, hər kəs daha da kəskinləşmənin bölgənin təhlükəsizliyinə son dərəcə mənfi təsir göstərəcəyini başa düşür. O, ATƏT-in Minsk Qrupunun həmsədrlərini, beynəlxalq aktorları gərginliyə son qoymaq və dialoqu bərpa etmək üçün imkanlarından maksimum istifadə etməyə çağırıb.

Hökumət başçısı Gürcüstanın həm Ermənistan, həm də Azərbaycanla yaxşı qonşuluq münasibətlərində olduğunu əlavə edib.

“Üstəlik, Gürcüstanda yaşayan ermənilər və azərbaycanlılar daim ölkənin və bölgənin inkişafında, güclənməsində mühüm rol oynayıblar. Onların dinc yanaşı yaşamaları gürcülərin, ermənilərin və azərbaycanlıların Cənubi Qafqazı sülh və inkişaf ərazisinə çevirə biləcəyinin yaxşı bir nümunəsidir".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Gürcüstan   Tbilisi  





Xəbər lenti