“Ermənistan günahsız mülki şəxsləri hədəfə alır” - Türkiyə MN

 “Ermənistan günahsız mülki şəxsləri hədəfə alır” -  Türkiyə MN
  30 Sentyabr 2020    Oxunub:2651
Uşaq, qadın, yaşlı demədən Xocalıda soyqırım törədən, Azərbaycan torpaqlarını işğal edən Ermənistan bu gün də bütün dünyanın gözü qarşısında günahsız mülki şəxsləri hədəf alır.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin “Twitter” səhifəsində paylaşım edilib.

“Ermənistan 30 il əvvəl olduğu kimi bu gün də eyni şəkildə sülh və sabitliyin düşməni olaraq hərəkət edir”, - deyə məlumatda qeyd olunub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Türkiyə   Müdafiə-Nazirliyi  





Xəbər lenti