Debatda kim qalib gəldi: Tramp, yoxsa Bayden?

Debatda kim qalib gəldi:  Tramp, yoxsa Bayden?
  01 Oktyabr 2020    Oxunub:2328
İzləyicilər Co Baydenin Prezident Donald Tramp üzərində seçki debatını qazandığını düşünürlər.
Azvision.az xəbər verir ki, CNN kanalının blits sorğusuna görə izləyicilərin 60% -i Baydenə üstünlük verib, 28%-i isə Trampı dəstəkləyib.

Daha bitərəf hesab edilən CBS News-un blits sorğusunda Baydenin 48, Trampın 41 faiz səs qazandığı iddia edilib.

Xatırladaq ki, Prezident Donald Tramp və onun demokrat rəqibi Co Baydenin Ohayo ştatının Klivlend şəhərində ilk debatı baş tutub. Müzakirə dözümsüzlük şəraitində keçib, namizədlər tez-tez bir-birinin sözünü kəsib və yerində olmayan ifadələrdən istifadə ediblər.

Bayden "Sus, sus, oğlan", "Hamı onun yalançı olduğunu bilir" və "Qışqırmağa davam et, oğlan!" deyə Trampa səslənib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Tramp   Bayden  





Xəbər lenti