Ailəsi Rəsulzadənin məzarını ziyarət etməyəcək

Ailəsi Rəsulzadənin məzarını ziyarət etməyəcək
  30 Yanvar 2014    Oxunub:964
Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi ilə bağlı ailəsi onun məzarını ziyarət edə bilməyəcək.
Bu barədə AzVision.az-a açıqlamasında M.Ə.Rəsulzadənin nəvəsi Rais Rəsulzadə bildirib.

“Türkiyəyə gedə bilməyəcəyəm, yalnız buradakı tədbirlərə qoşulacağam”.

O, həmçinin qeyd edib ki, M.Ə.Rəsulzadənin 130 illiyi Azərbaycanla yanaşı, Türkiyə, Rusiya və Polşada qeyd ediləcək.

“Yanvarın 31- Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinə həsr olunmuş tədbir keçirələcək. Daha bir neçə tədbir isə Moskvada, Türkiyədə, Polşada baş tutacaq. Bundan başqa sabah Novxanıda da tədbir keçiriləcək”.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında" sərəncam imzalayıb.

Nihadə Eyyubova


Teqlər:





Xəbər lenti