Azay Quliyev QHT-lərə müraciət edib

Azay Quliyev QHT-lərə müraciət edib
  29 Sentyabr 2020    Oxunub:2418
Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev QHT-lərə müraciət edib.
Azvision.az -ın məlumatına görə, müraciətdə deyilir:

"Hörmətli QHT nümayəndələri!

Cəbhədə gedən döyüşlər barədə rəsmi təsdiq edilməmiş məlumatları sosial şəbəkələrdə yaymamağınızı xahiş edirik. Yalnız Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi məlumatlarına istinad etməklə hər hansı bir məlumatı yaymaq olar. Nəzərə almaq lazımdır ki, düşmən ölkəmizə qarşı həm də informasiya müharibəsi aparır və çoxlu sayda təxribat xarakterli məlumatlar yayır.

Düşmənin təxribatına uymayaq və məzmunundan asılı olmayaraq rəsmi qurumlarımız tərəfindən təqsdiqlənməmiş məlumatları yaymayaq və paylaşmayaq.

Bütün QHT təmsilçilərini bu məsələdə son dərəcə məsuliyyətli və diqqətli olmağa çağırırıq!

Bununla yanaşı QHT nümayəndələrindən xahiş edirik ki, eyni çağırışla bütün sosial şəbəkə istifadəçilərinə müraciət etsinlər".

Azvision.az


Teqlər: Azay-Quliyev   QHT  





Xəbər lenti