“Ürəyimiz Azərbaycan xalqı ilə birlikdə döyünür”

 “Ürəyimiz Azərbaycan xalqı ilə birlikdə döyünür”
  29 Sentyabr 2020    Oxunub:2729
Pakistan vətəndaşı Məsud Əhməd Azərbaycan Prezidenti İlham Əliyevə məktub göndərib.
Azvision.az xəbər verir ki, məktubda deyilir:

"Mən ölkənizlə dost və qardaş münasibətində olan Pakistanın vətəndaşı olaraq ölkəmin Sizin və böyük xalqınızın yanında olduğunu, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanı tam qəlbimizlə dəstəklədiyimizi bildirməkdən şərəf duyuram.

Dağlıq Qarabağı və onu əhatə edən 7 rayonu işğaldan azad etmək üçün başladığınız haqq işində Türkiyə xalqı ilə yanaşı, bizim də ürəyimiz Azərbaycan xalqı ilə birlikdə döyünür. Allahdan müqəddəs niyyətinizə çatmaq üçün xalqınıza kömək olmasını, ölkənizin daim çiçəklənmə və tərəqqi yolunda inkişaf etməsini azrulayıram. Allahın mərhəməti daim üzərinizdə olsun.Xeyirli dualarımız Sizlərdən əksik deyil".

Azvision.az



Teqlər: Pakistan  





Xəbər lenti