Madagizdəki erməni alayı tamamilə demoralizə olunub

  29 Sentyabr 2020    Oxunub : 2886
 Madagizdəki erməni alayı tamamilə demoralizə olunub
"Madagizdəki erməni ordusunun alayı tamamilə demoralizə olunub".
Azvision.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib.

Onun sözlərinə görə, Azərbaycan Ordusunun genişmiqyaslı döyüş əməliyyatı nəticəsində Madagizdəki Ermənistan ordusunun alayı tamamilə demoralizə olunub, ölümqabağı əzabları başlayıb. Şəxsi heyət təşviş içindədir. Dəstək məqsədilə yeni gələn ehtiyat qüvvələri də daxil olmaqla bir çoxları döyüşə girməkdən imtina edir və döyüş əməliyyatı rayonunu tərk edirlər.

Azvision.az

Teqlər: Müdafiə-Nazirliyi